Follow us
   

BİLET ALMAQ (28 MALL)

Film:
Tarix:
Seans:
Bilet sayı:
119 Tel.: 012 499 89 88
07 aprel 2016 il
“CinemaPlus” kinoteatrında “Cəngəllik kitabı” nağılı başlayır

Məşhur bədii əsərin qəhramanları tamaşaçılarını gözləyir. 

Azərbaycanın premium kinoteatrı “CinemaPlus” aprelin 7-dən etibarən “Cəngəllik kitabı” nağılı əsasında çəkilmiş macəra filminin nümayişinə başlayıb.

Bu Redyard Kiplinq tərəfindən yazılan kifayət qədər məşhur bədii əsərin ekranlaşdırılmasıdır. Film çox balaca oğlan uşağından bəhs edir, hansı ki, zaman-zaman baş verən faciəvi hadisələr ucbatından Hindistanın cəngəlliklərinə düşür.  Orada onu canavarlar tapırlar və tərbiyə üçün öz sürülərinə götürürlər. Uşaq canavar balalarının böyüdüyü şəraitdə olduğu kimi böyüməyə başlayır. 

Filmin rejissoru Con Favro. Baş rollarda: Skarlett Yohansson, Bil Mürrey, Lupito Nionqo, İdris Elba, Cakarlo Espozito, Kristofer Uoken və Nil Seti.

“Cəngəllik kitabında” başqa maraqlı və diqqəti cəlb edən qəhrəmanlar da var. Bu nəhəng ayı və cəngəlliyin ən gözəl sakini – qara panterdir. Hər ikisi hədsiz dərəcədə insan balasına sədaqətlidirlər və hər cür onu qoruyurlar. Məşhur piton Kaa isə burada nəinki mənfi qəhrəman olur, həmçinin qadın cinsindən çıxış edəcək. Balaca insan balasını Hindistan cəngəlliklərində çoxlu macəralar gözləyir, harada ki, ən güclü heyvanlar belə hər zaman sağ qala bilmirlər