Follow us
   

BİLET ALMAQ (28 MALL)

Film:
Tarix:
Seans:
Bilet sayı:
119 Tel.: 012 499 89 88
22 aprel 2016 il
“CinemaPlus” kinoteatrında “Ekipaj” filmin press-nümayişi keçirilmişdir

Baş rollarda – Danila Kozlovskiy, Vladimir Maşkov, Aqne Qrudite və Katerina Şpiça.

Azərbaycanın premium kinoteatrı “CinemaPlus”da aprelin 21-də xüsusi effektler əsasında çəkilmiş “Ekipaj” filminin ictimaiyyət nümayəndələri və KİV üçün press-nümayişi keçirilmişdir.

Bu, təyyarənin ekipajı tərəfindən insanların güclü zəlzələnin episentrindən xilas edilməsi haqqında bir əhvalatdır. Çəkilişlərdə əsl təyyarələrdən istifadə olunmuşdur və kadrlarda olan partlayışlar realdır.

Filmin rejissoru Nikolay Lebedevdir. Baş rollarda – Danila Kozlovskiy, Vladimir Maşkov, Aqne Qrudite və Katerina Şpiça.

“Ekipaj” gənc və istedadlı təyyarəçi Aleksey Quşin haqqında bəhs edir. O, mənasız əmri yerinə yetirmədiyi üçün hərbi aviasiyadan qovulur, lakin gənc oğlan mülki təyyarələrdə uçmaq şansı əldə edir. Həmkarı, ikinci pilot –gözəl Aleksandra ilə birlikdə o, çox ciddi və prinsipial komandir Leonid Zinçenkonun rəhbərliyi altında sıfırdan yeni uçuş həyatını başlayır. Lakin yüzlərlə insanın həyatının xilasedilməsi söhbəti düşəndə hər şey ikinci plana keçir. Hər üçünun dünyanın kənarında alov, kül və qorxu hökmranlıq etdiyi zaman,sağ qalmaq və yüzlərlə həyatı xilas etmək üçün yeganə şansı – birgə hərəkət etməkdir.

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə filmin nümayişindən öncə çıxış edərək, kinoteatr fəaliyyəti və gələcək layihələr  haqqında məlumat verib. İlk qeyd olunan yenilik “CinemaPlus” kinoteatrın yeni mobil əlavəsi barədə oldu. Yeni mobil əlavənin xüsusiyyətləri qeyd olundu və tamaşaçılara köhnə mobil əlavəni silib yenisi ilə əvəz olunması barədə məlumat verildi. Bundan əlavə ilk dəfə olaraq Azərbaycan regionunda, Gəncə şəhərində yeni “CinemaPlus Khamsa” kinoteatrın  1 may tarixində rəsmi açılması barəsində açığlama verildi. Gələcək layihələrdən danışaraq isə Zaur Darabzadə bu yaxınlarda "Gənclik Mall" Ticarət Mərkəzində yerləşən 9 zaldan ibarət növbəti “CinemaPlus Gandjlik” kinoteatrının faəliyyətə başlayacağı haqqında məlumat verdi.  Bu da ölkənin ən böyük kinoteatrı olacaq. Bundan başqa, bu il "Amburan Mall"da 3 zallı kinoteatrın açılması da nəzərdə tutulub. 2017-ci ildə "Azərbaycan" kinoteatrında və Bakı İdman Sarayının  (Neftçilər prospektində yerləşən keçmiş Əl Oyunları Sarayı) , arxasında inşa olunan Caspian Waterfrontda "CinemaPlus"un digər şəbəkələrinin açılması planlaşdırılıb.