Follow us
   

BİLET ALMAQ (28 MALL)

Film:
Tarix:
Seans:
Bilet sayı:
119 Tel.: 012 499 89 88
15 may 2016 il
“CinemaPlus” kinoteatrlar şəbəkəsindən yeni mobil əlavə

Bu, istifadəçiyə rahat faydalanmağa kömək edəcək.

Azərbaycanın premium kinoteatrlar şəbəkəsi “CinemaPlus” İOS və Android əməliyyat sistemli smartfonlar üçün yeni mobil əlavə yaradıb. Yeni mobil əlavə bütünlüklə yenidən yaradılıb və bir neçə maraqlı funksiyalar ilə təchiz olunub.

Mobil əlavənin əsas üstünlüklərindən biri odur ki, əlavəni tərk etmədən çox tez bir zamanda minimum vaxt və güc sərf etməklə kinoya bilet almaq olar.

Qeyd olunan əlavənin digərlərindən fərqləndirən daha bir əsas xüsusiyyət vardır:

Telefonun ekranına iki toxunuşla gələcək premyeraları “Tezliklə” bölməsindən “Seçilmişlər” bölməsinə yönəltmək imkanı var. Bu funksiyanın köməyi ilə seçilən premyeraların nümayişə çıxmağına 1 gün qalmış tamaşaçılara xüsusi xəbərdarlıq gələcək.

Kinosevərlərin məşğulluğunu nəzərə alaraq, bu funksiyanın köməyi ilə onlara vaxtında xəbərdarlıq ediləcək ki, bu da seçilən premyeralara zamanında bilet alınmasına təkan verəcək.

Mobil əlavənin dizaynı düşünülərkən xüsusi göz yormayan rənglərdən və qrafikadan istifadə edilməsi qərarı verilib. Bu isə istifadəçiyə əlavəni uzun zaman tərk etmədən rahat faydalanmağa kömək edəcək.

https://itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8

https://play.google.com/store/apps/details?id=com.promote.cinemaplus