Follow us
   

BİLET ALMAQ (28 MALL)

Film:
Tarix:
Seans:
Bilet sayı:
119 Tel.: 012 499 89 88
29 iyul 2016 il
«CinemaPlus» kinoteatrlar şəbəkəsi «Milli Kino Günü» qeyd edəcək.

2 avqust premium kinoteatrlar şəbəkəsi sayılan “CinemaPlus”da bütün kinematoqrafiya sahəsində çalışanların peşəkar bayramı olan “Milli Kino Günü” qeyd olunacaq.

Həmin gün “CinemaPlus”28 Mall və “CinemaPlus”Khamsa (Gəncə şəhəri) 1945-ci ildə Üzeyir Hacıbəyovun operettasının əsasında çəkilən və baş rolda Rəşid Behbutoun yer aldığı restavrasiya olunmuş “Arşın mal alan” filminin yeni versiyası nümayiş olunacaq. Bu layihənin vacibliyini qiymətləndirən “Heydər Əliyev Fondu” və” Ata Holding” rəhbərliyidə  bu işin həyata keçməyində öz dəstəyini əsirgəməyib. “Arşın mal alan” filminin restavrasiyasında daha çox adam iştirak etmiş, nəyin ki filmin çəkilişində. İşlər eyni zamanda 4 ölkədə gedirdi. Layihənin üzərində işləyənlər “Oskar” premiyasının sahibləri və Hollivudun peşəkarları idi.

Həmçinin 2 avqust tarixində “Cinemaplus”28 Mall-da “ADDIM” Gənclər Təşkilatı ilə birgə bu filmlərdə nümayiş olunacaq:

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azerbaycanfilm” kinostudiyasında çəkilən “Yarımçıq xatirələr” filmi. Əsas çəkiliş səhnələri Belarusda baş vermişdir: Brest, Minsk və Vileyka qəsəbəsində. Film 1941 cı ildə qəhrəmancasına Brest divarlarını müdafiə etmiş, 50 il sonra isə öz doğma Dağlıq Qarabağ torpaqlarını düşmənlərdən qoruyan əsgər haqqında bəhs edir. (Giriş yalnız dəvətnamə ilə)

Milli yazıçı Çingiz Abdullayevin “Quba Kapriççiosu” romanının motivləri əsasında çəkilən və məşhur Dronqo haqqında yazılan kitablar silsiləsinə daxil olan “Xeyirlə şərin rəqsi” filmi.

Bir ailənin faciəsi haqqında bəhs edən və Azərbaycan kinematoqrafiyasının əsas ulduzlarının iştirakı ilə çəkilən “Pərdə” filmi.

Məktəblilərin çəkildiyi “Dərs” filmi.

“CinemaPlus” 28 Mall-a biletlərin qiyməti 3 manat olacaq.

“CinemaPlus” Khamsa-yə isə biletlərin qiyməti 2 manat olacaq.