Follow us
   

BİLET ALMAQ (28 MALL)

Film:
Tarix:
Seans:
Bilet sayı:
119 Tel.: 012 499 89 88
12 aprel 2016 il
“CinemaPlus” “Xəzər İntellektual Gənclər Klubu” ilə əməkdaşlığa başlayır

Gənclər arasında kinoya marağın artırılması da önəmlidir.

Azərbaycan premium kinoteatrı “CinemaPlus” ölkənin ən böyük gənclər təşkilatlarından olan “Xəzər İntellektual Gənclər Klubu” ilə əməkdaşlığa başlayır. 

Əməkdaşlıqda əsas məqsəd ölkə gənclərinin intellektual oyunlarda iştirakını təmin etmək, gənclərin intellektual potensialının üzə çıxarılaraq inkişaf etdirilməsinə yardımçı olmaq, istedadlı gənclərin fərdi inkişafında onlara yardımçı olmaqdır.

“Cinema Plus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadənin söylədiklərinə görə “Xəzər İntellektual Gənclər Klubu” ilə əməkdaşlıq gənclərin intellektual inkişafının təmin olunmasına kiçik də olsa bir töhfədir. Biz əminik ki, gənclərimiz arasında istedadlar çoxdur və onların üzə çıxarılmasında yaxından iştirak etmək istəyirik. 

Eyni zamanda gənclər arasında kinoya marağın artırılması da önəmlidir.

Əməkdaşlıq çərçivəsində gənclər arasında təşkil olunacaq intellektual oyunların qalibləri “CinemaPlus”dan ən son premyeralara bilet qazanacaq, vaxtaşırı kino mövzusunda intellektual oyunlar təşkil olunacaqdır.