Follow us
   

BİLET ALMAQ (28 MALL)

Film:
Tarix:
Seans:
Bilet sayı:
119 Tel.: 012 499 89 88
15 iyul 2016 il
Azərbaycanda ilk dəfə “Dolby Atmos” texnologiyası “CinemaPlus”da

Tezliklə paytaxtda “Gənclik mall” TM-də Dolby Atmos texnologiyası ilə təchiz olunmuş regionun ən böyük “CinemaPlus” kinoteatrı açılacaq. 

Xüsusi diqqəti 300 yerlik ən böyük eksklüziv zal çəkir. Dolby Digital Atmos texnologiyasının hesabına səs tamaşaçını hər tərəfdən əhatə edir, həmçinin zalın yuxarı hissəsindən. Səs müşayiətini kinoteatrın istənilən yerinə  yerləşdirmək və yerini dəyişmək imkanı hesabına Dolby Digital Atmos film yaradıcılarına kinoda səsi yeni bir mərhələyə çıxarmaq imkan yaradır. Nəticədə tamaşaçı ekranda baş verənləri sadəcə izləmir, hadisənin mərkəzinə daxil olur. Dolby Digital Atmos texnologiyası ilk dəfə 2012-ci ilin aprel ayında təqdim olunub və bütün Hollivud studiyaları tərəfindən istifadə olunur. Bu texnologiya ilə “Oskar” mükafatına layiq görülmüş 11 rejissor və 23 səs rejissoru işləyir. Bu günə kimi, bütün dünya üzrə 300-dən artıq kinoteatr bu texnologiyaya keçib. Tezliklə dünyanın bütün iri kinoteatrları Dolby Digital Atmos texnologiyasından istifadə edəcəyi gözlənilir.