Follow us
   

BİLET ALMAQ (28 MALL)

Film:
Tarix:
Seans:
Bilet sayı:
119 Tel.: 012 499 89 88
04 aprel 2016 il
Gəncə şəhərində kinoteatr açılır
Gəncə şəhərində kinoteatr açılır
Gəncə şəhərində kinoteatr açılır
Gəncə şəhərində kinoteatr açılır
Gəncə şəhərində kinoteatr açılır
Gəncə şəhərində kinoteatr açılır
Gəncə şəhərində kinoteatr açılır
Gəncə şəhərində kinoteatr açılır
Gəncə şəhərində kinoteatr açılır
Gəncə şəhərində kinoteatr açılır
Gəncə şəhərində kinoteatr açılır
Gəncə şəhərində kinoteatr açılır
Gəncə şəhərində kinoteatr açılır

Uzun zamandır gözlənilən daha bir yenilik nəhayət ki, baş tutdu.

Azərbaycanın ikinci ən böyük şəhəri sayılan Gəncədə müasir, ən yüksək keyfiyyətlə inşa edilmiş kinoteatr öz qapılarını yerli sakinlərin üzünə açacaq. Bu ilki Azərbaycanın premium kinoteatrı «CinemaPlus» həyata keçirdi. «Xəmsə Park» adlı məkanda yeni istifadəyə verilən Xəmsə Park Ticarət Mərkəzinin 4-cü mərtəbəsində «CinemaPlus Xəmsə» kinoteatrı kinosevərlərin ixtiyarına veriləcək.

«CinemaPlus Xəmsə» ən yeni Barco nəslindən olan proyektorlar, yüksək parlaqlığa malik kinoekranlar və səs sistemləri ilə təhciz olunub. Məhs bu texnologiyanın istifadəsi nəticəsində yüksək keyfiyyətli görüntü almaq mümkün oldu ki, bu da tamaşaçıların zövqünü oxşayaraq tez bir zamanda «CinemaPlus Xəmsə» kinotetrını sakinləri sevdiyi məkana çeviriləcək.

Həmçinin, «CinemaPlus Xəmsə» kinoteatrında Türk və xarici ölkələrinin festivallarının keçirilməsi, məşhur simaların dəvət olunması planlaşdırılır. Əsas diqqət cəlb edən məqam odur ki, kinoteatrda dünya ilə eyni gündə premyeralar göstəriləcək.

«CinemaPlus Xəmsə» 461 yerdən və 5 zaldan ibarətdir. Kinoteatrın zalları Avropa istehsalı olan yüksək dərəcəli rahat kreslolarla təchiz edilmişdir. Xüsusi ilə qeyd etmək olar ki, dünyada 500-dən çox kinoteatrı dizayn işlərini reallaşdıran Kanadanın «Mesbur+Smith Architects» şirkəti «CinemaPlus Xəmsə» kinoteatrının da dizayn işlərini tam olaraq görmüşdür.

Bundan əlavə VİP zalda tamaşaçılar şəxsi masalı kreslolarda film izləmək, kinoseans zamanı qida və içkilər sifariş etməyə imkan yaradan VIP Bar-dan istifadə etmək və kino izləyərkən mobil telefonlarını kreslolarda xüsusi quraşdırılmış USB avadanlığının köməyi ilə cərəyan etmək şansı da əldə edəcək.

Kinosevərlərə unudulmaz anlar və mükəmməl istirahət bəxş etmək yalnız bununla bitmir. Təbii ki, əla film izləmək və bu istirahətdən həzz almaq popkorn və sərin içkilərsiz mümkün deyil. Belə ki, burada rahat və xoş istirahət üçün geniş çeşidə malik 4 popkorn növü, şəkər pambığı, buzlu alkaqolsuz kokteyllər, və.s sərinləşdirici içkilərin satışı üçün 2 kinobar fəaliyyət göstərir.

Qiymətlərə nəzər yetirdikdə, görmək olar ki, Bakıda fəaliyyət göstərən kinoteatrlardan xeyli aşağıdır.

Seanslar

Vaxt

Format

Qiymət

Format

Qiymət

Səhər

10:00-12:00

2D

2 azn

3D

3 azn

Günorta

12:00-18:00

2D

3 azn

3D

4 azn

Axşam

18:00-00:00

2D

5 azn

3D

6 azn

VİP

Seansların vaxtından və formatından asılı olmayaraq

15 azn

Kino nümayişlərindən əlavə olaraq, kinoteatrın digər əsas məqsədi reklam cəlb etməkdir. Bununla bağlı Gəncədə fəaliyyət göstərən şirkətlər üçün xüsusi reklam təklifləri hazırlanır.