x
Sifariş
X

CineClub

CineClub - Standart kartı

CineClub - Platinum kartı

• CineClub bonus – toplama proqramı – “CinemaPlus” kinoteatrlar şəbəkəsi tərəfindən keçirilən loyallıq proqramıdır.

• Loyallıq proqramı - “CinemaPlus” kinoteatrlar şəbəkəsinin, müştəriləri daimi alıcılara çevirmək, müştərilərin tələbatlarını anlamaq və onlara zəruri olan xidmət çeşidlərinin işlənib hazırlanması məqsədi ilə müştərilərlə uzun müddətli münasibətlərin yaradılmasına yönəldilmiş marketinq formasıdır, CineClub loyallıq proqramı müştərilərin məmnunluğunun artırılmasına istiqamətlənmişdir və plastik kartların istifadəsinə əsaslanır.

• Bonus – toplama proqramının İştirakçısı – adına CineClub kartının aktivləşdirildiyi fiziki şəxsdir.

• Bonuslar – aşağıdakı qaydalarda təsvir edilmiş şərtlər üzrə, bonus - toplama proqramının İştirakçısının CineClub kartına əlavə edilən və ya ondan silinən endirimlərin həcmidir.

• Anket. CineClub kartının fəallaşdırılması üçün mütləq Anketi doldurmaq lazımdır. Anketin bütün xanalarının doldurulması vacibdir. Doldurulmuş Anketi kinoteatrın əməkdaşına təqdim etmək lazımdır.

"CineClub" bonus-toplama proqramının şərtləri

1) On səkkiz yaşına çatmış istənilən fiziki şəxs bonus – toplama proqramının iştirakçısı ola bilər. CineClub kartı “CinemaPlus” kinoteatrında əldə edilə bilər. CineClub kartı pulsuzdur və kinoya bilet alarkən əldə edilə bilər.

2) S.A.A.-nın, əlaqə telefonunun və elektron poçt ünvanının dəyişilməsi zamanı, İştirakçı özü baş vermiş dəyişikliklər barədə kino mərkəzinin inzibatçısına və ya kinoteatrın elektron ünvanı vasitəsilə məlumat verməlidir. Əks təqdirdə, bonus – toplama proqramının İştirakçısı haqda düzgün məlumatların olmaması ilə əlaqədar hallara görə kinoteatr məsuliyyət daşımır.

3) CineClub kartı verildiyi andan sonra gün ərzində sistemdə aktivləşdirilir.

4) Kino biletlərini əldə etdikləri zaman bonus – toplama proqramının İştirakçılarının CineClub kartlarına bonuslar yüklənir. Karta ilkin yüklənmə miqdarı kino biletlərinin dəyərinin 10%-dir.

5) “Aktiv balans” - CineClub kartının statusundan asılı olaraq, kart sahibinin kino biletlərinin alışı zamanı əldə etdiyi bonuslardır. Məbləğdən hesablanan faiz, kartın statusundan asılı olaraq 10% və ya 15%-dir.

Kartda, əldə edilən kino biletinin (və ya toplanmış bonusların miqdarı imkan verdikdə, bir neçə kino biletlərinin) dəyərinə bərabər olan miqdarda bonuslar yığıldıqda, kino biletinin / biletlərinin dəyərinin tam həcmində endirimin əldə edilməsinə yol verilir. Hər 10-cu bilet pulsuzdur!

CineClub kartının statusunun dəyişdirilməsi üçün ikinci “Yığım balansı”ndan istifadə edilir, bu balansa əldə edilmiş bütün kino biletləri üçün bonuslar toplanır. Bu bonuslar virtualdırlar və nağdlaşdırıla bilməzlər. “Yığım balansı” yeni səviyyəyə keçmək üçün zəruridir, bu keçidlər zamanı bonuslar yanmır.

6) Kartda müəyyən miqdarın toplanmasından sonra onun statusu dəyişir. Yeni səviyyə kateqoriyasına keçməklə, kino biletlərin dəyərindən hesablanan faizlər də artır.

7) CineClub kartı əldə edildikdən sonra ona yüklənmələr aşağıdakı sxemə uyğun olaraq həyata keçirilir:

8) Bonus – toplama proqramının İştirakçısı “Ad günü” aksiyası üzrə əlavə bonuslar almaq hüququna malikdir. Bonuslar, doğum tarixini və kart sahibinin şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsi zamanı karta yüklənilir. Bonus – toplama proqramının İştirakçısı yalnız ildə bir dəfə, öz doğum günü tarixindən etibarən bir həftədən gec olmayaraq kinoteatrın kassasına yaxınlaşaraq “Ad günü” aksiyası üzrə əlavə bonusları karta yükləyə bilər.

9) Kinoteatr CineClub kartına münasibətdə üçüncü şəxslərin hərəkətlərinə və kartdan üçüncü şəxslərin istifadə etməsinə görə məsuliyyət daşımır.

10) Maqnitsizləşdirilmiş kart pulsuz olaraq bərpa edilir və balanslar saxlanılır.

11) Kart itirildiyi təqdirdə, bonus – toplama proqramının İştirakçısı yeni kart əldə etməlidir.

12) Kartın balansları bonus – toplama proqramının İştirakçısının kartın itirilməsi, yeni kartın alınması haqda məlumatı təqdim etməsindən və anketi doldurmasından sonra bərpa edilirlər.

13) İtirilmiş kartda toplanmış bonusların istifadə edilməsinə yol verilməməsi üçün onun qüvvədə olması dayandırılmalıdır. Bunun üçün bonus – toplama proqramının İştirakçısı kartın itirilməsi barədə telefonla kino mərkəzinin inzibatçısına məlumat verməli və ya kinoteatrın inzibatçısının elektron ünvanına yazmalıdır.

14) Əgər 12 təqvim ayı ərzində kart üzrə heç bir əməliyyat aparılmamışdırsa, kart qeyri –aktiv hesab edilir. Kart üzrə son əməliyyatın həyata keçirildiyi gündən etibarən 12 təqvim ayı keçdikdən sonra qeyri – aktiv kartdan bonuslar avtomatik olaraq silinir.

15) Kinoteatr, hətta dəyişikliklər bonus – toplama proqramının İştirakçısının toplanmış bonuslarının miqdarının dəyişilməsinə gətirib çıxardığı halda belə, proqramın şərtlərini dəyişmək hüququnu özündə saxlayır. Dəyişikliklər barədə, onlar tətbiq edilməzdən ən azı bir həftə əvvəl şəbəkənin www.CinemaPlus .az rəsmi saytında məlumat veriləcəkdir.

16) Bonus – toplama proqramının İştirakçısının təqdim etdiyi şəxsi məlumatlar məxfidir və kinoteatr tərəfindən yalnız aşağıdakı məqsədlərlə istifadə edilir:

a. Bonus – toplama proqramının İştirakçısının fərdi hesabına bonusların hesablanması və ya silinməsi üçün.

b. Bonus – toplama proqramının İştirakçılarına kinoteatrın xüsusi tədbirlərində, aksiyalarında, müsabiqələrində iştirak etmək imkanının təqdim edilməsi üçün.

c. Xəbər yayımı çərçivəsində kinoteatr və bonus – toplama proqramının İştirakçısı arasında əlaqə yaradılması üçün.

d. Kinoteatrın xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması üçün.

e. Məhz bonus – toplama proqramının İştirakçısına maraqlı ola biləcək məhsul və xidmətlərin tövsiyə edilməsi üçün.

f. Bonus – toplama proqramının İştirakçısı üçün bizim Sponsorlardan xüsusi təkliflər və hədiyyələr barədə məlumatın təqdim edilməsi üçün.

17) Bonus – toplama proqramının İştirakçısı haqqında məlumatın yuxarıda sadalananlar arasında olmayan məqsədlər üçün istifadə edilməsi zərurəti yarandıqda, kinoteatr bonus – toplama proqramının İştirakçısının məlumatı təqdim etməsi üçün rəsmi icazə almağı və onun icazəsi olmadan bu məlumatdan istifadə etməməyi öz öhdəsinə götürür.

18) CineClub bonus – toplama proqramının tətbiqindən sonra bütün öncəki proqramlar qüvvədən düşmüş olur.

19) Bonus – toplama proqramının İştirakçısı birdən artıq karta malik ola bilməz.

20) “CinemaPlus” şəbəkəsinin müdiriyyəti kart sahiblərini qabaqcadan məlumatlandırmadan bonus – toplama proqramı haqda Əsasnaməyə dəyişikliklər etmək hüququnu özündə saxlayır.

21) CineClub kartı “CinemaPlus” kinoteatrlar şəbəkəsinin mülkiyyətidir.

Поделиться