Follow us
   

BİLET ALMAQ (28 MALL)

Film:
Tarix:
Seans:
Bilet sayı:
119 Tel.: 012 499 89 88

1. “CinemaPlus Ganjlik” layihəsi – Azərbaycanın ən böyük ticarət mərkəzi olan “Ganjlik Mall”-da yerləşəcək və 2016-ci ilin may ayında inşasını bitirəcək. Layihə 9 zaldan və 1200 yerdən ibarət olacaq və regionun ən böyük kinoteatrına çevriləcək.. Kinoteatr ən son görüntü və səs texnologiyası ilə təmin olunub, regionun ən qabaqçıl kinoteatrına çevriləcək.

2. “CinemaPlus Amburan Cinema” – Azərbaycanın yay istirahət zonası sayılan Amburan ərazisində, “Amburan Mall”da yerləşəcək. Kinoteatr 3 zal və 246 yerdən ibarət olacaq. Bu layihənin özəlliyi ondan ibarətdir ki, kinoteatr bağlı məkanda inşa ediləcək və bütün il boyu fəaliyyət göstərəcək. İstifadəyə verilmə müddəti: 2016-cı il, iyun ayı.

3. “CinemaPlus Azerbaijan Cinema” layihəsi – Bakı şəhərində ilk açılan müasir kinoteatr “Azərbaycan” kinoteatrının davamı olacaq və onun yerində inşa ediləcək. Şəhərin mərkəzində açılacaq bu kinoteatr 3 zal, 350 yerdən ibarət olacaq. İsitifadəyə verilmə müddəti: 2017-ci il, sentyabr ayı.

4. “CinemaPlus Caspian water front” layihəsi – Bakı şəhərinin Bulvar ərazisində yerləşəcək. İlk dəfə olaraq Azərbaycanda inşa ediləcək və ən böyük əyləncə mərkəzi sayılacaq Caspian water front-da, CinemaPlus 7 zallıq və 969 yerlik kinoteatr inşa edəcək. Bu kinoteatr öz tamaşaçılarını ən son oturacaq və görüntü sistemi ilə təmin edəcək. İstifadəyə verilmə müddəti: 2017-ci il, dekabr ayı.